
“Çox sayda taktiki gedişlərimiz var. Biz onların hamısının üzərində çalışmışıq. Çünki bütün bunlar bizə lazım ola bilər”.
Apasport.az saytının məlumatına görə, bunu Slovakiya millisinin futbolçusu Milan Şkrinyar deyib.
O, Millətlər Liqasının sabah baş tutacaq Slovakiya – Azərbaycan matçına həsr olunan mətbuat konfransında oyun barədə danışıb: “Yeni məşqçi ilə anlaşmada problem yoxdur. Tərcüməçi kömək edir. Onun işi çox olanda biz – İtaliyada oynayan futbolçular tərcümədə futbolçulara yardımçı oluruq. Məşqçi bizim hərəkətli olmağı, çox qaçmağı tapşırıb. Bu, bəzi oyunçular üçün yenilikdir”.
Qeyd edək ki, Slovakiya – Azərbaycan matçı sabah saat 22:45-də başlayacaq.
- Adil Embarş: “Elə bil Azərbaycan yığmasına azarkeşlik edirlər”
- Avropa Kanoe Assosiasiyası “Prezident Kuboku-2024” reqatasını ikinci dəfə təqvim planına daxil edib
- Murad Musayev: “Emosional olduğum üçün qırmızı vərəqə göstərirlər” - MÜSAHİBƏ
- Azərbaycandan təklif alan futbolçu Türkiyə yolunda
- Premyer Liqa: “Zirə” – “Qarabağ” matçının vaxtı məlum olub