
“Milan” və “Yuventus” “Bayern”in müdafiəçisi Kim Min Jenin transferində maraqlıdır.
Apasport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, hər iki klub 28 yaşlı futbolçunun keçidi uğrunda artıq qışda mübarizəyə qoşulmağa hazırlaşır.
“Yuventus” zədələnən Qleysen Bremerin əvəzləyicisini axtarır, “Milan” isə Kim Min Jenin namizədliyini hələ yayda nəzərdən keçirsə də, o zaman başqa variantlara üstünlük vermişdi.
Bu transferdə A Seriyası klublarını çətin vəziyyətə salan əsas amil cənubi koreyalı futbolçunun yüksək maaşıdır. Onun “Bayern”lə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.