Millimiz 2 yoldaşlıq oyunu keçirəcək
28.02.2024 - 11:37
![Millimiz 2 yoldaşlıq oyunu keçirəcək](https://ww3.apasport.az/storage/news/2024/february/28/big/65dedf8299f5d65dedf8299f5e170910502665dedf8299f5b65dedf8299f5c.jpg)
Azərbaycan futzal millisi iki yoldaşlıq oyunu keçirəcək.
Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, komandamız apreldə Gürcüstan seçməsi ilə qarşılaşacaq.
Aprelin 13-də Tbilisiyə yollanacaq Vitali Borisovun kollektivi ayın 14-də və 16-da yerli komanda ilə üz-üzə gələcək.
Oyunların keçirilmə vaxtı və məkanı, eyni zamanda, komandamızın heyəti hələ bəlli deyil.
0
0