Millimiz Albaniya yığması ilə qarşılaşacaq
19.03.2025 - 09:57

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının II seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, B Liqasının VI qrupunda yer alan komanda Albaniya yığması ilə üz-üzə gələcək.
Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq qarşılaşmanı lüksemburqlu baş hakim Ceremi Muller idarə edəcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, qrupun bütün oyunları Albaniyada keçiriləcək.
0
0