Millimiz Avropada 7-ci oldu
21.02.2024 - 10:43
![Millimiz Avropada 7-ci oldu](https://ww3.apasport.az/storage/news/2024/february/21/big/65d59a6fc2a2e65d59a6fc2a2f170849751965d59a6fc2a2c65d59a6fc2a2d.png)
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatına yekun vurulub.
Apasport.az xəbər verir ki, yarışın yekununda komanda hesabında ən yaxşılar bəlli olub. Kişilərdən ibarət millimiz Avropada 7-ci olub.
İdmançılarımız 363 xal toplayıblar. Bu uğurda 109 kq çəkidə Avropa çempionu olan Dadaş Dadaşbəylinin payı böyük olub.
Qeyd edək ki, 9 gün ərzində 20 dəst medal sahibini tapıb.
0
0