Millimiz Belarusla qarşılaşacaq
28.06.2025 - 09:51
Millimiz Belarusla qarşılaşacaq

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Belarus yığması ilə üz-üzə gələcək. 

Jodinodakı “Torpedo” stadionunda keçiriləcək ilk görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Yoxlama oyunu
28 iyun
19:00. Belarus – Azərbaycan
Baş hakim: 
Vera Opeykina (Rusiya)
Jodino, “Torpedo” stadionu

Qeyd edək ki, millimiz iyulun 1-də Belarusla daha bir yoxlama matçı keçirəcək.