Millimiz dünya çempionatında növbəti matçına çıxır
05.10.2024 - 09:51
Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunun II turunda Gürcüstan yığması ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 14:45-də başlayacaq.
I turda Azərbaycan İngiltərəni məğlub edib (4:0), Gürcüstan isə İspaniyaya uduzub (1:13).
Qeyd edək ki, millimiz növbəti matçını oktyabrın 7-də İspaniyaya qarşı keçirəcək.
- “Real Madrid” türk qapıçı ilə maraqlanır
- Mehriban Əliyeva Lamiyə Vəliyevanı növbəti qələbəsi münasibətilə təbrik edib
- Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçildi
- "Sabah"ın baş məşqçisi: "Oyunçularım təzyiqlə bacara bilmədi"
- Avropa çempionatında iştirak edəcək cüdoçularla görüş keçirilib - FOTO
0
0