Millimiz FİFA reytinqində 2 pillə gerilədi
19.09.2024 - 12:33
![Millimiz FİFA reytinqində 2 pillə gerilədi](https://ww3.apasport.az/storage/news/2024/september/19/big/66ebe2261d20566ebe2261d206172673488666ebe2261d20366ebe2261d204.webp)
Azərbaycan millisi FIFA reytinqində iki pillə geriləyib.
Apasport.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytında bildirilib.
Yığma sentyabr ayı üçün açıqlanan reytinq siyahısında 1173,15 xalla 113-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, millimiz daha əvvəl 1179,88 xalla 111-ci yerdə idi.
0
0