Millimiz FIFA reytinqində 29-cu oldu
20.06.2024 - 12:21

FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq cədvəlini açıqlayıb.
Apasport.az xəbər verir ki, aktivində 1139.38 xal olan Azərbaycan millisi 29-cu pillədə qərarlaşıb.
Siyahıya beşqat dünya çempionu Braziliya yığması başçılıq edir. Mundialın son qalibi Portuqaliya 2-ci, İspaniya isə 3-cü yerdədir.
Azərbaycan millisinin AÇ-2026-nın qrup mərhələsindəki rəqiblərindən Xorvatiya 16-cı, İsveç 83-cü, Yunanıstan isə 109-cu sıradadır.
- Bedri Meriç: "Planladığımız kimi müdafiə oluna bilmədik"
- Avropa Liqasında həftənin futbolçusu adına namizədlər bəlli oldu
- “Hakimlik haqda danışmaq istəmirəm, çünki bir təsiri olmayacaq” - Müsahibə
- Serbiyalı futbolçu "Atletiko"dan imtina edib
- Ruslan Lunyov: "Günvurma səbəbindən özümü pis hiss edirdim" - FOTO
0
0