Millimiz FİFA reytinqində mövqeyini qorudu
17.06.2022 - 12:04
![Millimiz FİFA reytinqində mövqeyini qorudu](https://ww3.apasport.az/storage/news/2022/june/17/big/62ac3590d080262ac3590d0803165545307262ac3590d080062ac3590d0801.jpg)
Qadınlardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması 1273 xalla dünyanın 81-ci komandasıdır.
Yığmamız 1 xal itirsə də, mövqeyini qoruyub. Millimiz mart reytinqində 1274 xalla planetin 81-cisi idi.
Qeyd edək ki, cədvələ 2104 xala malik ABŞ başçılıq edir.
0
0