Millimiz Gürcüstanla qarşılaşacaq
11.05.2026 - 09:24
Millimiz Gürcüstanla qarşılaşacaq

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün son oyuna çıxacaq.

Apasport.az xəbər verir ki, yığmamız Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Binə stadionunda keçiriləcək görüş saat 12:00-da başlanacaq. Qarşılaşma FIFA+ TV tərəfindən canlı yayımlanacaq.