Millimiz “İnkişaf”da: “-11”
28.04.2023 - 16:48

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf turnirində son oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, yığmamız Rumıniyanın paytaxtı Buxarestdəki son görüşündə Yunanıstanla qarşılaşıb.
“İnkişaf”da keçirdiyi ilk iki matçda uduzan komandamız bu dəfə də meydandan məyus ayrılıb. Yığmamız 0:3 hesabı ilə uduzub.
Ukrayna və Rumıniyaya eyni – 0:4 hesabı ilə uduzan millimiz turniri xalsız və qolsuz başa vurub. Futbolçularımız buraxılan 11 qola üzülüb.
- Rəşad Sadıqov: “Tovuzda xal və ya xallar qazanmaq çətin olur” - VİDEO
- Naxçıvanda “Misli” məntəqələri fəaliyyətə başladı – FOTO-VİDEO
- Cüdoçularımız Göygöldə təlim-məşq toplanışında iştirak ediblər
- 2022-ci ilin bombardirləri açıqlandı: Kadi Borqes dünya ulduzlarını qabaqlayır
- Elmar Baxşıyev: "Bilirdik ki, bizi ağır oyun gözləyir"
0
0