Millimiz İsveç yığmasına qarşı
11.04.2025 - 09:58
Millimiz İsveç yığmasına qarşı

Bu gün futzal üzrə Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsi çərçivəsində son səfər oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, komandamız Helsinqborq Arenada İsveç yığması ilə qarşılaşacaq.

Saat 21:00-da start götürəcək görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, V qrupda Xorvatiya 12 xalla liderdir. Yunanıstan 7 xalla ikinci, Azərbaycan 2 xalla üçüncü, İsveç 1 xalla sonuncu - dördüncüdür.