Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında üçüncü oyununu keçirib.
Apasport.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Nikşiçdə Monteneqro yığmasının qonağı olub. Nikşiç şəhər stadionunda təşkil olunacaq qarşılaşmanı Andorradan olan hakimlər briqadası idarə edib.
Siyasət Əsgərovun yetirmələri liderlik uğurunda Monteneqro ilə üz-üzə gəlib. Komandamız qələbəni son anda əldə verib. 54-cü dəqiqədə Manə Mollayeva hesabı açıb. Meydan sahibləri 90+2-ci dəqiqədə penaltidən bərabərlik qolunu vurub.
Qeyd edək ki, millimiz son oyununu mayın 30-da evdə Litvaya qarşı keçirəcək.
8 aprel
20:00. Monteneqro (Qadınlar) - Azərbaycan (Qadınlar) 1:1
Baş hakim: Marta San Juan
Baş hakimin köməkçiləri: Carlos Gonçalves, Luis Acosta
Dördüncü hakim: Antoine Chiaramonti
Nikşiç şəhər stadionu.
- “Lənkəran”nın baş məşqçisi: “Ehtiyat skamyanın kasad olması yenə də öz sözünü dedi”
- Semir Bukviç: "Jelezniçar” üçün “Neftçi” ilə qarşılaşma çox çətin olacaq" - MÜSAHİBƏ
- Taekvondoçularımız “Fujairah Open” beynəlxalq turnirində 6 medal qazanıblar
- “Qarabağ” “Fulhem”lə bacarmadı
- Havayı klubunu dəyişən ən dəyərli 11 FUTBOLÇU