Millimiz Macarıstan və İsveçlə qarşılaşacaq
24.10.2022 - 17:31
![Millimiz Macarıstan və İsveçlə qarşılaşacaq](https://ww3.apasport.az/storage/news/2022/october/24/big/635693a7e6e32635693a7e6e331666618279635693a7e6e30635693a7e6e31.jpg)
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək.
Apasport.az saytının məlumatına görə, hazırlıq noyabrın 15-dən 21-dək baş tutacaq.
Samir Əliyevin yetirmələri bu müddətdə iki yoxlama görüşündə qüvvəsini sınayacaq. Yığmamız noyabrın 17-də Macarıstan, 20-də isə İsveçin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlcək.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
0
0