
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, U-16 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Binə stadionunda təşkil olunan oyun millimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində qolları Nihat Hüseynzadə, Firdovsi Şeydayev və Cavidan Əlizadə vurublar.
Qeyd edək ki, Azərbaycan və Moldova milliləri iyunun 21-də eyni məkanda ikinci yoxlama görüşündə üz-üzə gələcəklər.
Azərbaycan (U-16) – Moldova (U-16) - 3:2
Qollar: Nihat Hüseynzadə, 45; Firdovsi Şeydayev, 81; Cavidan Əlizadə, 90+2 - Mixai Puşkaşu, 45+1; Boqdan Lupaşko, 86