Millimiz Özbəkistanda üçüncü qələbəsini qazanıb
18.05.2024 - 16:31
![Millimiz Özbəkistanda üçüncü qələbəsini qazanıb](https://ww3.apasport.az/storage/news/2024/may/18/big/66489fa91f41266489fa91f413171603549766489fa91f40d66489fa91f410.jpg)
Qadın həndbolçulardan ibarət Azərbaycan millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında üçüncü qələbəsini qazanıb.
Azərbaycan Həndbol Federasiyasından apasport.az-a verilən məlumata görə, yığma Qazaxıstan təmsilçisi “Almatı”nı 28:20 hesabı ilə məğlub edib.
Milli komanda daha əvvəl Özbəkistanın ROPSTTM (39:31) və OKMK (30:28) klublarına qalib gəlməyi bacarıb.
Qeyd edək ki, mayın 21-də yekun vurulacaq turnirin qrup mərhələsində ilk iki yeri tutan komandalar yarımfinala yüksələcəklər.
0
0