![Millimiz “qara zolaq”dan çıxdı](https://ww3.apasport.az/storage/news/2023/october/18/big/652f97a3edc41652f97a3edc421697617827652f97a3edc3f652f97a3edc40.jpg)
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi uğursuz seriyaya son qoyub.
Apasport.az xəbər verir ki, yığmamız seçmə mərhələlərdə ardıcıl 4 məğlubiyyətdən sonra ilk xallarını qazanıb.
Samir Əliyevin baş məşqçisi olduğu komanda AVRO-2025-in Lüksemburqla görüşündə 3:2 hesablı qələbəyə sevinib. Yığmamız bu tsiklin Serbiya (0:2) və Şimali İrlandiya (0:1) ilə qarşılaşmalarında xal üzünə həsrət qalmışdı.
Milli AVRO-2023-ün son iki seçmə matçında da uduzub. Finlandiyaya 0:3, Norveçə 1:2 hesabı ilə məğlub olan yığmanın son uğuru Estoniyada gerçəkləşib.
Komandamız ötən il iyunun 6-da səfərdə 5:0 hesablı darmadağına imza atıb. 5 cavabsız qoldan sonrakı qələbə 4 məğlubiyyətin ardından gerçəkləşib. Millimiz 16 aylıq həsrətə son qoyaraq “qara zolaq”dan çıxıb.