Millimiz Qazaxıstan yığması ilə qarşılaşacaq
04.05.2026 - 15:15
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası mayın 4-dən 20-dək Su İdmanı Sarayında təlim-məşq toplanışı keçirəcək.
Apasport.az xəbər verir ki, millimiz hazırlıq dönəmində mayın 7-də və 9-da Qazaxıstan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.
Hər iki görüşün saat 18:00-da başlanması nəzərdə tutulur.
Millimizə dəvət edilən oyunçuların adlarını diqqətinizə çatdırırıq:
Qapıçılar: Elçin Qasımov, Emil Omarov;
Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.
- Portuqaliya kubokunun sahibi müəyyənləşdi - 18-ci dəfə
- Tovuz Avropaya hazırlaşır: UEFA nümayəndəsi stadiona baxış keçirib - FOTO
- Minifutbol turniri: Finalçılar bəlli olub
- Tamaş Petyo: "İnanıram ki, futbolçularmız Azərbaycanda uğurlu nəticə göstərəcəklər"
- DÇ-2026: Ekvador və Kurasaodan heç-heçə - YENİLƏNİB
0
0