Millimiz Qazaxıstana yollanıb
22.05.2024 - 13:58
Stolüstü tennis üzrə milli komandamız Qazaxıstana yollanıb.
Apasport.az xəbər verir ki, Çimkənd şəhərində təşkil olunan toplanışda məşqçilər Fərhad İsmayılov və Ramin Cəfərovun rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihat Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova və Aylin Əsgərova ustalıq səviyyəsini artıracaq.
Qazaxıstan seçməsi ilə bu gün başlanan birgə təlim-məşqlər mayın 31-də yekunlaşacaq.
Qeyd edək ki, bu toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
- Bakıda beynəlxalq turnirin açılış mərasimi keçirildi - FOTOLENT
- "Kyeza "Liverpul"dan ayrılmaq istəyir" – İtalyan ulduzun gələcəyi sual altındadır
- Azərbaycan çempionatında VI turun oyunları baş tutacaq
- "Araz-Naxçıvan" Qəbələdə üç xal qazanıb - YENİLƏNİB
- "Qarabağ" futbolçusunu bəyənmədilər - YENƏ DƏ GEDƏ BİLƏR
0
0