Millimiz Qəbələdə ilk yoxlanış matçını keçirib
21.09.2026 - 19:49
Futbol üzrə Azərbaycanın U-20 milli komandası Qəbələ şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşünü keçirib.
Apasport.az xəbər verir ki, baş məşqçi Ruy Jorjenin rəhbərlik etdiyi yığma komanda hazırlıq prosesi çərçivəsində “Qəbələ” klubu ilə qarşılaşıb.
Gərgin keçən qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
U-20 millimiz Qəbələdəki toplanış proqramına əsasən oktyabrın 3-də Moldova, oktyabrın 6-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə beynəlxalq yoxlama oyunlarında qüvvəsini sınayacaq.
0
0