
Azərbaycanın qadın futbolçulardan ibarət yığması 2024-cü ilin sonunda Rusiya millisi ilə iki yoldaşlıq matçı keçirəcək.
Apasport.az xəbər verir ki, bu barədə Rusiya Futbol Birliyinin mətbuat xidməti məlumat yayıb.
Rusiyanın qadınlardan ibarət yığması noyabrın 24-dən dekabrın 3-nə qədər Soçidə təlim-məşq toplanışı keçəcək. Azərbaycanla oyunlar da toplanış zamanı baş tutacaq.
Görüşlər noyabrın 28-də "Fişt" stadionunda və dekabrın 2-də "Soçi" klubunun məşq bazasında qapalı rejimdə keçiriləcək. Oyunlar Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Rusiya və Azərbaycanın qadınlardan ibarət milliləri daha əvvəl iki dəfə münasibətləri aydınlaşdırıblar. 2021-ci ilin sentyabrında Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsində Moskvada rəqibinə 0:2 hesabı ilə məğlub olub. Həmin ilin noyabrında Bakıda baş tutan qarşılaşma da Rusiya yığmasının qələbəsi ilə yekunlaşıb - 4:0.
- "Qarabağ"ın "Ludoqorets"lə oyununa 28 min bilet satılıb - YENİLƏNİB
- "Sevilya" qapıçı axtarışına çıxıb
- Azərbaycan millisinin 2 oyun üçün heyəti açıqlandı - ADLAR
- Voyislav Stankoviç: “Bojoviç “Neftçi”də daha fərqli işlər görə bilər” - Müsahibə
- “Sabah” – “Sent Patriks Atletik” oyununa 3500 bilet satılıb