Millimiz Slovakiya yığması ilə qarşılaşacaq
07.06.2024 - 10:35
![Millimiz Slovakiya yığması ilə qarşılaşacaq](https://ww3.apasport.az/storage/news/2024/june/07/big/6662aa085c98d6662aa085c98e17177420886662aa085c98b6662aa085c98c.jpg)
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirəcək.
Apasport.az xəbər verir ki, komandamız U-21 Senec Məşq Mərkəzində Slovakiya yığması ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası iyunun 11-də, saat 20:00-da, “Liv Bona Dea Arena”da Bolqarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.
0
0