Millimiz təlim-məşq toplanışına start verib
05.04.2026 - 23:48
Millimiz təlim-məşq toplanışına start verib

Azərbaycan millisi bu gün təlim-məşq toplanışına başlayıb.

Apasport.az xəbər verir ki, yığma üzvləri səhər və axşam olmaqla, günü iki məşqlə başa vurublar.

Komanda aprelin 7-dək hazırlığı Bakıda davam etdirəcək. Heyətə dəvət olunan futzalçılardan Ülvi Əliyevin yüngül zədəsi var. Bu gün fərdi məşq edən futzalçı sabahdan kollektiv çalışmalara qoşulacaq.

Qeyd edək ki, millimiz aprelin 8-də Tbilisiyə səfər edəcək, ertəsi gün və ayın 11-də Gürcüstan yığması ilə iki oyun keçirəcək.