Millimiz Türkiyə ilə qarşılaşacaq
04.10.2024 - 09:33
![Millimiz Türkiyə ilə qarşılaşacaq](https://ww3.apasport.az/storage/news/2024/october/04/big/66ff7d9d2ea0b66ff7d9d2ea0c172801986966ff7d9d2ea0966ff7d9d2ea0a.jpg)
16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Ərzurum şəhərində təşkil olunan “U-16 Türkdilli Ölkələr Turniri”ndə bu gün ikinci oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, U-16 Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qeyd edək ki, yığma turnirdə keçirdiyi ilk oyunda Türkmənistanın U-17 kollektivinə 0:3 hesabı ilə məğlub olub.
0
0