Millimiz Türkiyə yığması ilə qarşılaşacaq
31.05.2024 - 09:51
![Millimiz Türkiyə yığması ilə qarşılaşacaq](https://ww3.apasport.az/storage/news/2024/may/31/big/66596443d6c3666596443d6c37171713440366596443d6c3466596443d6c35.jpeg)
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.
Apasport.az xəbər verir ki, milli B Liqasının I qrupunda Türkiyə seçməsi ilə qarşılşacaq.
"Ərzincan 13 Şubat" şəhər stadionunda keçiriləcək görüşün start fiti saat 21.00-da səsləndiiləcək. Qarşılaşmanı fransalı hakim Aleksandra Kollin idarə edəcək.
Qeyd edək ki, yığmamız buna qədər səfərdə Macarıstanla heç-heçə (1:1) oynayıb, evdə isə İsveçrəyə 0:4 hesabı ilə məğlub olub.Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda 1 xalla qrupda sonuncu - dördüncü pillədə qərarlaşıb.
0
0