Millimiz Türkiyə yığmasını qəbul edir
04.06.2024 - 09:21
![Millimiz Türkiyə yığmasını qəbul edir](https://ww3.apasport.az/storage/news/2024/june/04/big/665ea44784e49665ea44784e4a1717478471665ea44784e44665ea44784e47.jpeg)
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, yığma komandamız B Liqasının I qrupunda Türkiyə kollektivi ilə cavab oyununa çıxacaq.
“Liv Bona Dea Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.
Siyasət Əsgərovun yetirmələri ilk oyunda minimal hesabla məğlub olub.
Milli üç turdan sonra 1 xalla qrupda sonuncudur. Qardaş ölkə təmsilçisi isə 6 xalla ikincidir.
0
0