
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təşkil ediləcək yoldaşlıq turnirinə hazırlıq çərçivəsində yoxlama görüşü keçirib.
Apasport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Elxan Abdullayevin rəhbərlik etdiyi komanda “Neftçi-2” ilə qarşılaşıb.
Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. U-19-un heyətində 45+1-ci dəqiqədə Niyazi Osmanov fərqlənib.
Qeyd edək ki, millimiz iyunun 3-dən 11-dək Moldovanın Tiraspol şəhərində yoldaşlıq turnirində iştirak edəcək. Komanda iyunun 4-də, Bakı vaxtı ilə saat 20:30-da Qazaxıstanın U-19, iyunun 7-də, saat 18:00-da Türkiyənin U-20, ayın 10-da, saat 20:30-da isə Moldovanın U-19 kollektivi ilə üz-üzə gələcək.
- “Neftçi”nin Müşahidə Şurasının iclasının vaxtı dəqiqləşdi
- “Mançester Yunayted”də zədəlilərin durumuna aydınlıq gəldi
- Atıcılıq Federasiyası Dünya Kubokunun rəsmi posterini təqdim edib
- "Zirə" son dəqiqədə güldü, "Sabah" evində xalsız qaldı- YENİLƏNİb
- Elhad Nəziri cəbrayıllı iş adamlarına səsləndi: “Bizə belə soyuq yanaşmasınlar”