![Millimizdən böyükhesablı məğlubiyyət - YENİLƏNİB](https://ww3.apasport.az/storage/news/2024/april/09/big/6614d32071fec6614d32071fed17126408006614d32071fea6614d32071feb.jpg)
Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, yığma komandamız B Liqasının 1-ci qrupunda "Dalğa Arena"da İsveçrə millisi ilə qarşılaşıb.
Görüş qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb: 4:0.
9 aprel
16:00. Azərbaycan (Qadınlar) – İsveçrə (Qadınlar) 0:4
Qollar: Valotto, 11, Buhler, 20, Pilgrim, 52, Riesen, 54
Baş hakim: Alina Peşu
Baş hakimin köməkçiləri: Daniela Konstantineşçu, Petruta Klaudia İuquleşçu
Dördüncü hakim: Kristina Mariana Trandafir
"Dalğa Arena".
Qeyd edək ki, millimiz yer aldığı B Liqasının I qrupunun ilk matçında səfərdə Macarıstanla heç-heçə edib - 1:1. İsveçrə isə Türkiyəni 3:1 hesabı ilə üstələyib.