![Millimizdən ilk](https://ww3.apasport.az/storage/news/2023/october/14/big/652a7af472199652a7af47219a1697282804652a7af472197652a7af472198.jpg)
Azərbaycan milisi ilkə imza atıb.
Apasport.az xəbər verir ki, yığmamız ilk dəfə səfərdə keçirdiyi seçmə mərhələ oyununun 1-ci hissəsində 2 qol vurub.
Canni de Byazinin yetirmələri AVRO-2024-ün Estoniya ilə seçmə görüşündə buna nail olub. İlk 45 dəqiqədə Toral Bayramov və Ramil Şeydayev fərqlənib.
Komandamız tarixində 4-cü dəfə rəsmi xarakterli matçın birinci hissəsində 2 qola imza atıb. Lakin digər üç oyun evdə baş tutub.
Ümumilikdə isə komandamız səfərdə 6-cı dəfə ilk 45 dəqiqədə iki və ya daha çox qol vurub. Ancaq digər 5 qarşılaşma yoldaşlıq oyunları çərçivəsində baş tutub.
Qeyd edək ki, yığmamız Tallində 2:0 hesablı qələbə qazanıb.