Millimizin Avropa çempionatı üçün heyəti açıqlanıb
06.01.2025 - 12:33
Fiqurlu konkisürmə üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
Apasport.az xəbər verir ki, yığmamız Estoniyanın paytaxtı Tallinndə keçiriləcək yarışda iki növdə təmsil olunacaq.
Kişilərin fərdi mübarizəsində Vladimir Litvintsev çıxış edəcək. Buz üzərində rəqslərdə isə Samanta Ritter və Denis Brıkalov mübarizə aparacaq.
Qeyd edək ki, Avropa çempionatı yanvarın 28-dən fevralın 2-dək keçiriləcək.
- Klublar Komitəsinin iclasında müzakirə olunan məsələlər
- Stanislav Çerçesov: “Budapeştdə hər şey yenidən başlayacaq”
- Dünya çempionatında mübarizə aparacaq boksçularımızın adı bəlli oldu
- Paytaxtın abad məhəllələrində minifutbol yarışları keçirilir
- "Yuventus" yayda "Arsenal"ın yarımmüdafiəçisini almaq istəyir
0
0