Millimizin Avropa çempionatındakı oyunlarının təqvimi açıqlanıb
15.11.2024 - 10:20
![Millimizin Avropa çempionatındakı oyunlarının təqvimi açıqlanıb](https://ww3.apasport.az/storage/news/2024/november/15/big/6736ea2f5dd856736ea2f5dd8617316521436736ea2f5dd836736ea2f5dd84.jpg)
Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin yer aldığı Avropa çempionatının B qrupunun oyun təqvimi açıqlanıb.
Apasport.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmalar San Marinoda keçiriləcək.
Avropa çempionatı
B qrupu
24 yanvar
Kosovo – San Marino
25 yanvar
Azərbaycan – Kosovo
26 yanvar
San Marino – Azərbaycan
Qeyd edək ki, yalnız birinci yeri tutan komanda əsas mərhələyə vəsiqə qazanacaq və 7-ci qrupda Xorvatiya, Bosniya və Herseqovina, Türkiyə komandaları ilə qarşılaşacaq. Oyunlar martın 25-30-da Xorvatiyada keçiriləcək.
0
0