Millimizin baş məşqçisi istefa verdi - Özəl
09.11.2024 - 16:15
![Millimizin baş məşqçisi istefa verdi - Özəl](https://ww3.apasport.az/storage/news/2024/november/09/big/672f4efee0735672f4efee07361731153662672f4efee0733672f4efee0734.jpg)
Azərbaycan millisində ayrılıq yaşanıb.
Apasport.az saytının əldə etdiyi məlumata görə, U-21 yığmamızın baş məşqçisi Samir Əliyev istefaya göndərilib.
Buna səbəb komandanın uğursuz çıxışı olub. Onun rəhbərliyi altında millimiz Avropa çempionatının seçmə mərhələsinin F qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb.
Yığmanın Belarusun paytaxtı Minskdə baş tutmalı olan təlim-məşq toplanışı da ləğv olunub.
Qeyd edək ki, Samir Əliyev 2022-ci ildən U-21-i çalışdırırdı.
0
0