Millimizin FIFA reytinqindəki mövqeyi dəyişməyib
19.12.2024 - 13:03
![Millimizin FIFA reytinqindəki mövqeyi dəyişməyib](https://ww3.apasport.az/storage/news/2024/december/19/big/6763e1ae0c5f26763e1ae0c5f317345990866763e1ae0c5f06763e1ae0c5f1.jpg)
Azərbaycan millisinin FIFA reytinqindəki mövqeyi dəyişməyib.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Dekabr ayının reytinqinə əsasən, yığma 1158,7 xalla 117-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıya dünya çempionu Argentina (1867,25) başçılıq edir. Fransa (1859,78) ikinci, İspaniya (1853,27) üçüncüdür.
0
0