Millimizin futbolçusu Koreyada cəzalandırıldı
05.03.2023 - 00:28
Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Cənubi Koreyada cəzalandırılıb.
Apasport.az-ın xəbərinə görə, onun çıxış etdiyi "Tecon Hana Sitizen" klubu səfərdə "İnçeon Yunayted"in qonağı olub. Görüş 3:3 hesabı ilə başa çatıb.
90 dəqiqə meydanda olan Ukrayna əsilli legioner 36-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, bu onun Koreyada 2-ci matçıdır. "Tecon" 4 xalla turnir cədvəlində 2-cidir.
- "Sabah" Rusiyada keçirilən beynəlxalq turnirdə ikinci oldu
- III MDB Oyunlarında iştirak edəcək daha iki nümayəndə heyəti ölkəmizə gəlib - FOTO
- III MDB Oyunları: Azərbaycan badmintonçusu gümüş medal qazanıb
- "Neftçi"nin yetirməsi "Araz-Naxçıvan"da
- Abdullah Avcı Kimdir? Azərbaycan Millisinin Baş Məşqçisi Postuna Namizədin Həyat Yolu
0
0