Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa yığmalarına qarşı matçlarının biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
"İticket.az" vasitəsilə satılan biletlərin qiymətləri İslandiya ilə oyun üçün 5-30 manat arasında dəyişir. Azərbaycan - Fransa görüşü üçün bilet qiymətləri isə 5-200 manat aralığındadır.
Qeyd edək ki, İslandiya ilə qarşılaşma noyabrın 13-də saat 21:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək. Azərbaycan – Fransa matçı isə noyabrın 16-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.
- Çimərlik güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub - FOTO
- "Qarabağ" Avropa Liqasında - YENİLƏNİB
- Rəşad Sadiqov: “Ən güclü milli hazırkı deyil, millinin vaxtları olub” - Müsahibə
- "Azərreyl" "Gənclər"ə qarşı - Yüksək liqada növbəti oyunlar
- Donald Gerye Azərbaycana gəlir – bu klubla müqavilə üçün