Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək qadın həndbolçulardan ibarət Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi Qazaxıstan, Pakistan və Qətər yığmaları ilə birgə B qrupunda yarışacaq.
A qrupunda isə Türkiyə, İran , Qvineya və Maldiv adaları yığmaları yer alıb.
İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları noyabrın 13-dən 21-dək keçiriləcək.
Qadın həndbolçulardan ibarət komanda 2017-ci ildə Bakıda təşkil olunan analoji yarışda qızıl, 2022-ci ildə isə Türkiyənin Konya şəhərində keçirilən oyunlarda gümüş medal qazanıb.
- Çex: “Azərbaycan çempionatında bunu görürük” - MÜSAHİBƏ
- De Bleker "Turan Tovuz" - "Araz-Naxçıvan" matçındakı mübahisəli epizodu şərh etdi
- Premyer Liqa: "Liverpul" "Arsenal"ı, "Brayton" evdə "Mançester Siti"ni məğlub edib
- Üç futbolçu millidən qovuldu
- U-17 Avropa çempionatında iştirak edəcək güləşçilərin adları açıqlanıb