Millimizin üzvü Koreyada debüt etdi
26.02.2023 - 17:42
Azərbaycan millisinin üzvü Anton Krivotsyuk yeni klubu "Tecon Hana Sitizen"də debüt edib.
Apasport.az xəbər verir ki, 25 yaşlı müdafiəçi Cənubi Koreyanın K1 Liqasının ilk turunda "Qanqvon"la görüşdə iştirak edib. O, start heyətində meydana çıxıb və sona qədər oynayıb.
Görüş "Tecon Hana Sitizen"in qələbəsiylə başa çatıb – 2:0.
Qeyd edək ki, Ukrayna əsilli Anton Krivotsyuk bir neçə gün öncə Polşanın "Visla" klubundan Cənubi Koreya təmsilçisinə keçib.
- Kadetlər arasında zona birinciliyinin final mərhələsi başlayır
- Bakıda gənc futbolçular üçün yeni təlim-hazırlıq mərkəzi yaradılacaq
- Elvin Cəfərquliyev: "Çox aqressiv olmağım komandaya baha başa gəlir"
- Polad Rzayev ölkəmizi paralimpiyanın dağ xizəyi növündə təmsil edəcək
- Paris-2024: Avarçəkənimiz 3-cü olub
0
0