Millimizin üzvü “Neftçi”də - RƏSMİ
28.06.2025 - 19:42
Millimizin üzvü “Neftçi”də - RƏSMİ

“Neftçi” Azərbaycan milli komandasının üzvü Elvin Bədəlovu transfer edib.

Apasport.az xəbər verir ki, 30 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubunun yetirməsi olan Bədəlov 2014-2017-ci illərdə "Neftçi"nin şərəfini qoruyub. Sonuncu klubu “Sumqayıt”da (2019-2025) baş məşqçi Samir Abasovun rəhbərliyi altında da çıxış edib. O, millidə 10 oyun keçirib.