Millimizin üzvü oynadı, komandası finalda məğlub oldu
02.05.2025 - 01:27
Albaniya kubokunun final matçı keçirilib.
Apasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” finalda Tirana “Dinamo”su ilə qarşılaşıb.
Əsas vaxtı 2:2 hesablı heç-heçə yekunlaşan matçın qalibi penaltilər seriyasında bəlli olub. Burada daha dəqiq zərbələr yerinə yetirən “Dinamo” kubokun qalibi olub.
Qeyd edək ki, Zamiq bu görüşdə 120 dəqiqə meydanda olub.
- "Qarabağ" rəsmi himnini təqdim elədi - VİDEO
- Türkiyə klubu çempionatdan çıxır – Klub prezidenti açıqladı
- "Qalatasaray" rəsmisi: "Həyatımda Ali Koç kimi prezident görməmişəm"
- Ümumdünya Şahmat Olimpiadasında bu gün IV turun qarşılaşmaları keçiriləcək
- "Neftçi" meydançaya kənar şəxslər daxil olduğuna görə ziyana düşüb
0
0