Millimizin üzvü oynadı, komandası qələbə qazandı
18.01.2025 - 00:10
Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərlinin çıxış etdiyi "Ankaragücü" Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib.
Apasport.az xəbər ki, Ankara təmsilçisi 20-ci turda "Şanlıurfaspor"un qonağı olub.
Qarşılaşmanın taleyini 1 qol həll edib. Fasilədən sonra "Ankaragücü" görüşün taleyini həll edən topu vurub. Renat oyunun 46-cı dəqiqəsində meydana daxil olsa da, Həsən forma geyinmək şansı qazanmayıb.
Qeyd edək ki, bu qələbədən sonra 30 xal toplayan təmsilçilərimizin komandası turnir cədvəlində 3-cü pilləyə yüksəlib.
- Robbi Kin: "Qarabağ" artıq qalib gəldiyini düşünür"
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Emin İmaməliyev: "Yəqin ki, Kadi "Ferentsvaroş"u daha çox istəyib deyə..." - MÜSAHİBƏ
- Fiqurlu konkisürmə üzrə Qran-Pri yarışının II günü başa çatıb - FOTO
- Joze Mourinyo: “Hər üç avrokuboku qazanan ilk məşqçi olacam”
0
0