Millimizin üzvü Türkiyə klubunda - RƏSMİ
27.08.2026 - 17:49
Millimizin üzvü Türkiyə klubunda - RƏSMİ

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Mehriban Şahməmmədova karyerasını Türkiyədə davam etdirəcək.

Apasport.az xəbər verir ki, yığmamızın qapıçısı "Kocaeli" klubunda oynayacaq.

Qolkiper I Liqa təmsilçisi ilə 1 illik sözləşmə imzalayıb.

Qeyd edək ki, ötən mövsümü ALG klubunda keçirmiş Mehriban 2024-cü ildən millimizdə çıxış edir.