![Millinin Bakı toplanışı üçün heyəti müəyyənləşdi](https://ww3.apasport.az/storage/news/2024/april/08/big/6613961f4a8426613961f4a84317125596476613961f4a8406613961f4a841.png)
Aprelin 14-də və 16-da Tbilisidə Gürcüstan yığması ilə 2 yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisinin Bakıda təlim-məşq toplanışı olacaq.
Apasport.az xəbər verir ki, aprelin 8-dən 12-dək keçiriləcək hazırlıq prosesində 3-ü qapıçı olmaqla ümumilikdə 17 futzalçı iştirak edəcək.
Baş məşqçi Vitali Borisov toplanışın yekununda Gürcüstana aparacağı heyəti müəyyənləşdirəcək.
Toplanış üçün millinin heyəti belədir:
Kamran Hacıyev, Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Fərid Abbasov, Murad Quluzadə (hamısı “Baku Fire”), Emin Kürdov, Novruz Kazıxanov, Emil Həsənzadə, Xəzər Ağalızadə (hamısı “Araz-Naxçıvan”), Fərid Atakişiyev, Ülvi Əliyev, Amir Şojaei (hamısı “Neftçi” İK), Qüdrət Qasımzadə, İlham Alıyev (hər ikisi U-19), Rövşən Hüseynli (“Atırau”, Qazaxıstan).