Millinin Qazaxıstanla matçının vaxtı dəyişdirilib
14.05.2024 - 10:17
![Millinin Qazaxıstanla matçının vaxtı dəyişdirilib](https://ww3.apasport.az/storage/news/2024/may/14/big/664302254c2bb664302254c2bc1715667493664302254c2b9664302254c2ba.jpg)
Azərbaycan millisinin Qazaxıstan yığmasına qarşı keçirəcəyi beynəlxalq yoldaşlıq oyununun başlama vaxtı dəyişdirilib.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyunun 11-də Macarıstanın “Haladas SportKomplexum” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qarşılaşmanın daha əvvəl saat 20:00-da başlayacağı açıqlanmışdı.
Qeyd edək ki, Azərbaycan milli komandası iyunun 7-də, Bakı vaxtı ilə saat 21:00-da eyni məkanda Albaniya yığması ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.
0
0