Qazaxıstan millisinin sabiq futbolçusu Sergey Ostapenko özünü digər idman növündə sınayacaq.
Apasport.az saytının məlumatına görə, bunu 37 yaşlı futbol veteranının özü açıqlayıb.
O, avtomobil idmanında çıxış edəcək. Sergey trofi-reydlərdə Yuri Kupriyanovla eyni ekipajda yer alacaq.
Vətənində “Alma-Ata”, “Tobol”, “Astana”, “Lokomotiv”, “Jetısu”, “Aktobe”, “Kaysar”, Belçikada “Antverpen” klublarında oynamış Ostapenko vaxtilə “Bakı”ya keçidə yaxın olsa da, forvardın transferi baş tutmayıb. O, karyerasını 29 yaşında bitirib.
Qeyd edək ki, yığmada 42 matçda 6 qol vuran Ostapenko 2007-ci ildə Azərbaycanla görüşdə debüt edib. O, son qolunu 4 il sonra millimizlə qarşılaşmada vurub.
- Üzgüçülərimiz beynəlxalq turnirdə 2 qızıl medal qazanıblar
- Vasili Berezutski: “Verilən hakim qərarları qəribə idi”
- Canni De Byazi: “Meydançada yaxşı deyildi” - MÜSAHİBƏ
- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Tahir Gözel: "Məğlubiyyət qorxulu deyil, bütün çempionlar uduzur"