Milllimiz Özbəkistanla qarşılaşacaq
25.04.2024 - 09:59

Azərbaycanın 17 yaşadək (U-17) futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf turnirində bu gün növbəti oyununa çıxacaq.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İlham Yadullayevin yetirmələri “ABFF Technical Center”də Özbəkistan komandası ilə qarşılaşacaq.
Matç saat 16:00-da başlayacaq.
Qeyd edək ki, U-17 turnir çərçivəsində ilk görüşünü Belarusun müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirib və 0:4 hesabı ilə uduzub.
- I və II Liqanın əsasnamələrində dəyişikliklər olub
- “Liverpul” daha bir hücumçusu ilə vidalaşa bilər
- Azərbaycan Qran Prisi 2025-in könüllü proqramının qeydiyyat mərhələsi rekordla yadda qalıb
- “Sabah” və “Neftçi” yarımfinalda
- "Bizə əxlaq dərsi verməyə çalışanlar..." - "Qalatasaray"dan "Fənərbaxça"ya sərt mesaj
0
0