Minifutbol yığmasından dünya çempionatına uğurlu start
27.10.2023 - 22:34
![Minifutbol yığmasından dünya çempionatına uğurlu start](https://ww3.apasport.az/storage/news/2023/october/27/big/653c026a08393653c026a083941698431594653c026a0838e653c026a08390.jpg)
Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatına ilk oyununu keçirib.
Apasport.az saytı xəbər verir ki, yığma BƏƏ-nin Ras Əl Kaimah şəhərində keçirilən turnirə qələbə ilə başlayıb.
G qrupunda Azərbaycan futbolçuları İraq komandasını 2:0 hesabı ilə məğlub ediblər. Millinin heyətində Mirmehdi Rzayev Elvin Əlizadə fəqləniblər.
Qeyd edək ki, yığmamız növbəti oyununu oktyabrın 29-da Misirə qarşı keçirəcək. Qasrşılaşma Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.
Dünya çempionatı
G qrupu
21:00. Azərbaycan - İraq 2:0
Qollar: Mirmehdi Rzayev 15. Elvin Əlizadə 28
0
0