Mirabdulla Abbasov I liqaya gedir
05.09.2023 - 16:26
Azərbaycan milli komandasının sabiq forvardı Mirabdulla Abbasov karyerasını I liqada davam etməyə yaxındır.
Apasport.az saytına verilən məlumata görə, "Neftçi"nin keçmiş hücumçusuna "İrəvan"dan təklif gəlib.
Abbasov artıq bir müddətdir ki, bu klubun düşərgəsində məşq edir. Tərəflər maliyyə məsələlərində də razılıq əldə edərsə, rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan futbolçu "Dauqavpils", "Sumqayıt" və "Səbail" komandalarında da oynayıb.
- Vadim Kuramşın: “Rotasiya ilə bağlı problemlər var”
- “Azərreyl” Almaniya klubuna uduzub, mübarizəni dayandırdı – YENİLƏNİB
- Türkiyə Kubokunda komanda meydandan çəkildi, matç dayandırıldı - VİDEO
- Dünya çempionatında Azərbaycanı 9 taekvondoçu təmsil edəcək
- Millimizin Ukrayna ilə səfər oyununun yeri dəyişdirilib
0
0