Misli Premyer Liqasının 2025/26 mövsümünün son turunun oyun cədvəli açıqlanıb.
Apasport.az xəbər verir ki, XXXIII turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Turun oyunları 21-24 may tarixlərində keçiriləcək.
Son turun oyun cədvəlini təqdim edirik:
21 may, cümə axşamı
18:30 “Qəbələ” - “Şamaxı”
Qəbələ şəhər stadionu
22 may, cümə
17:00 “Turan Tovuz” - “Sabah”
“Bank Respublika Arena”
19:30 “Sumqayıt” - “Qarabağ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
23 may, şənbə
15:00 “Kəpəz” - “Neftçi”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19:00 “Araz-Naxçıvan” - “Zirə”
“SOCAR Polymer Arena”
24 may, bazar
16:00 “İmişli” - “Karvan-Yevlax”
Quba OİK stadionu
Qeyd edək ki, klubların müraciəti, stadionların razılığı və son tur öncəsi oyunların turnir cədvəlinə idman prinsipləri baxımından təsir etməməsi nəzərə alınaraq “Kəpəz” - “Neftçi” və “Turan Tovuz” - “Sabah” oyunlarının məkanlarında dəyişiklik edilib.