![Misli Premyer Liqasında 4 oyun eyni saatda](https://ww3.apasport.az/storage/news/2023/may/15/big/6461fd2def1396461fd2def13a16841434056461fd2def1376461fd2def138.jpg)
Misli Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb.
Apasport.az saytının məlumatına görə, tutun matçları mayın 21-22-də keçiriləcək.
İlk oyun günündə bir, ertəsi gün dörd qarşılaşma təşkil olunacaq. Turun 4 görüşü “CBC Sport” telekanalı vasitəsilə, 1 qarşılaşma isə Peşəkar Futbol Liqasının yutub kanalında canlı yayımlanacaq.
Misli Premyer Liqası
XXXV tur
21 may (bazar)
“Kəpəz” – “Neftçi”
Qəbələ şəhər stadionu, 18:00
22 may (bazar ertəsi)
“Turan Tovuz” – “Səbail”
Tovuz şəhər stadionu, 16:30
“Şamaxı” – “Qəbələ”
Şamaxı şəhər stadionu, 16:30
“Sabah” – “Zirə”
“Bank Respublika Arena”, 16:30
“Qarabağ” – “Sumqayıt”
“Azersun Arena”, 16:30 (canlı/pfl.az)